Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Uqandalı atletdən yeni dünya rekordu -5000 metr məsafə qət etdi
Uqandalı atlet Coşua Çepteqei Monakoda keçirilən Zümrüd Liqasında 5000 metr məsafəyə qaçış yarışında yeni dünya rekordu müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, 23 yaşlı idmançı bu məsafəni 12 dəqiqə 35,36 saniyəyə qət edib. Əvvəlki rekord efiopiyalı atlet Kenenisa Bekeleyə məxsusdur. O, 2004-cü ilin mayında bu məsafəni 12 dəqiqə 37,35 saniyəyə qət etmişdi.
K.Çepeqeti 2019-cu ildə keçirilmiş dünya çempionatının qalibidir. O, 2017-ci ildə dünya çempionatında 10 min metr məsafəyə qaçış yarışında gümüş medala sahib olub.
Oxşar xəbərlər
96 yaşında yeni dünya rekorduna imza atdı - FOTO
Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi
Yeni dünya rekordu müəyyənləşdirildi
Çinli idmançıdan üzgüçülükdə yeni rekord
Rio-2016: Yeni dünya rekordu qeydə alındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası