reklam
Milli komandamızda yeni baş məşqçi -
Sportfm.az xəbər saytı

Milli komandamızda yeni baş məşqçi -FOTO


Azərbaycan Pauerliftinq idman federasiyası ciddi islahatlara başlayıb. Pauerliftinq idman növünün ölkəmizdə gələcək inkişafına töhvə vermək üçün milli komandaya yeni baş məşqçi təyin edilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan Pauerliftinq Federasiyasının prezidentinin əmrinə əsasən Əməkdar məşqçi Azər Mustafayev milli komandamıza rəhbərlik edəcək. Eyni zamanda əməkdar idman ustası, Dünya və Avropa çempionu Hafiz Verdiyev, Federasiyanın Prezidentinin köməkçisi təyin edilib.

Hazırda milli komanda qarşıdan gələn 4-8 dekabr Rusiyanın, Moskva şəhərində keçiriləçək Dünya çempionatına hazırlaşır. Bu yarışda yeni baş məşqçi ilə yanaşı, yığmamıza rəhbərliyi APF-nın prezidenti Ələddin Əliyev və Federasiyanın vitse-presidenti Rüfət Ağayev edəcəklər.

Oxşar xəbərlər

Paralimpiya yığmalarımızda yeni baş məşqçilər - Təyinat
Azərbaycanda federasiyaya yeni vitse-prezident təyin olundu
Azərbaycanda yeni idman federasiyası yarandı - FOTO
Azərbaycanda 31 nəfər əməkdar məşqçi oldu
Güləş Federasiyasına yeni baş katib təyin edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər