Güləş Federasiyasına yeni baş katib təyin edildi -FOTO
Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun əmri ilə Federasiyanın baş katibi Rəşad Əli-Zadə vəzifəsindən azad edilib.
Sportfm.az saytı xəbər verir ki, Federasiya Prezidentinin əmrinə əsasən, Orxan Rasim oğlu Məmmədov Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.
Məlumat üçün bildirək ki, Orxan Məmmədov bundan əvvəl Azərbaycan Güləş Federasiyasında İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Orxan Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub, idman ustası, əməkdar məşqçidir.
Oxşar xəbərlər
Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov oldu
Beş ildir boş qalan posta təyinat - Tennis Federasiyasında
Fərid Mansurova yeni vəzifə verildi - Təyinat
Elçin Zeynalov 70 illik yubileyini qeyd edir
Firdovsi Umudova daha bir vəzifə həvalə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası