reklam
Azərbaycanda federasiyaya yeni vitse-prezident təyin olundu
Sportfm.az xəbər saytı

Azərbaycanda federasiyaya yeni vitse-prezident təyin olundu


Azərbaycan Kikboksinq Federasiyasına birinci vitse-prezident təyin olunub.
Sportfm.az xəbər verir ki, bu, Ehram Məcidovdur.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev tərəfindən bu vəzifəyə təyin olunan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur. O, 2010-2015-ci illərdə kikboksinq üzrə böyüklərdən ibarət millinin, 2015-2016-cı illərdə isə gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi olub.
2010-cu ildən Prezident mükafatçısı olan Ehram Məcidov Əməkdar idman ustası və Əməkdar məşqçidir. O, eyni zamanda Azərbaycan Kunq-Fu Federasiyasının ümumi işlər üzrə vitse-prezidenti (2018-ci ilin mayından) və "Xocalı” idman klubunun direktorudur.
Qeyd edək ki, ötən ilin əvvəllərindən federasiyada vitse-prezident postu boş idi. Sonuncu dəfə bu postu Güloğlan Cabbarov tutub. 

Oxşar xəbərlər

Üçqat dünya çempionu vitse-prezident oldu - Təyinat
Federasiya rəhbərliyi istefaya göndərildi - Azərbaycanda
Elxan Məmmədova yeni vəzifə - icraçı vitse-prezident oldu
3 qat dünya çempionu olan azərbaycanlı idmançı Ərdoğanın qələbəsinə görə görün nə etdi? - FOTO
Mikayıl Cabbarov vitse-prezident və baş katibi işdən çıxardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər