reklam
Azərbaycanda 31 nəfər əməkdar məşqçi oldu
Sportfm.az xəbər saytı

Azərbaycanda 31 nəfər əməkdar məşqçi oldu


Bu gün Bədən tərbiyəsi və idman günü ilə bağlı idman mütəxəsislərinin təltifetmə mərasimi keçirilib. 

Sportfm.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu bayramı bizə Ümumilli lider Heydər Əliyev bəxş edib:"Ulu öndərin uzaq görən strategiyası, gənclərin idmana cəlb edilməsi bu gün böyük bir nəticə verib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən aparılan bu siyasət böyük nəticələrlə, böyük naliyyətlərlə xalqımızı sevindirir. Gələcəkdə də bizi idman sahəsində böyük və uğurlu tədbirlər, böyük naliyyətlər gözləyir". 

Daha sonra tədbirdə mükafatlar təqdim edilib. 8 nəfərə respubika dərəcəli hakim, 9 nəfərə əməkdar idman ustası, 31 nəfərə əməkdar məşqçi, 16 nəfərə isə idman işçisi adı verilib. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılara uğurlar arzu edib:"Əminəm ki, siz idmanın inkişafına öz töhfənizi verəcəksiniz və biz yeni-yeni uğurlarda birgə görüşəcəyik".

Oxşar xəbərlər

Prezident İlham Əliyev idman mərasimində iştirak edib
39 nəfərə fəxri ad verildi - “5 mart - Bədən tərbiyəsi və idman günü”
Anar Salmanova fəxri ad verildi - FOTO
Azərbaycan idmançıları cari ildə neçə medal qazandı? - Azad Rəhimov açıqladı
Prezident İlham Əliyev idmançıları mükafatlandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər