Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qvardiola əvvəlcə üzünə gülür, sonra isə səni satır"
"Mançester Siti”nin futbolçusu Yaya Turenin agenti Dmitri Selyuk Xosep Qvardiola ilə münasibətlərindən danışıb. Selyuk bir müddət əvvəl Qvardiolanı kəskin tənqid etmişdi. Pep isə agentin ondan üzr istəməsini tələb etmişdi. Komanda.az xəbər verir ki, Selyuk bu dəfə də Qvardiolanı tənqid edərək, onu ikiüzlülükdə ittiham edib: "Yaya Ture Çempionlar Liqasının iştirak ərizəsindən çıxarılanda Pepə zəng etdim. Mən ona bəzi suallar vermək istəyirdim. Ancaq o mənə zəng etmədi. Ona görə də hesab edirəm ki, klub məni qəzetə verdiyim müsahibəyə görə ittiham etməməlidi. Pep hörmətdən danışır. Amma hörmət görmək istəyirsənsə, özün də başqalarına hörmət etməlisən.
"Mançester Siti” "Nou Kamp”da oynamamışdan əvvəl mən yenə də Pepə zəng etdim. Oyundan əvvəl Barselonada görüşmək üçün vaxtının olub-olmadığını öyrənmək istəyirdim. Ona mesaj da yazdım, amma cavab vermədi. Bütün bunları telefonumda saxlayıram.
Mən sakit şəkildə bu problemi həll etməyin yollarını müzakirə etmək istəyirdim. Bütün bunlardan sonra hər kəs bilməlidi ki, Pep kişilərlə işləmək istəmir. O, daha gənc, uşaq kimi idarə edə biləcəyi futbolçularla işləməkdə maraqlıdı. Qvardiola sənin üzünə gülür, elə təəssürat yaradır ki, yaxın dostundu. Ancaq sonradan səni satır”.
Oxşar xəbərlər
Xosep Qvardiola: "Barsa" yalnız bir futbolçuya görə elə oynayır"
Ronald Kuman: "Qvardiola mənim himayəm altında olub"
Qvardiola Argentina yığmasından təklif gözləyib
Qvardiola: “Mourinyo ilə şərab içərəm”
Yaya Ture "Mançester Siti"də qalacaqmı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası