reklam
Yaya Ture
Sportfm.az xəbər saytı

Yaya Ture "Mançester Siti"də qalacaqmı?


"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Turenin klubdakı gələcək taleyinə aydınlıq gəlib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçu növbəti mövsümdə də "şəhərlilər"in şərəfini qoruyacaq.

Bu barədə açıqlama verən futbolçunun meneceri Dmitri Selyuk Turenin "Mançester Siti"də qalacağını bildirib: "Ture karyerasını elə "Mançester Siti"də davam etdirəcək. O, daha bir il bu komandada oynayacaq. Klub özü də futbolçu ilə yolları ayırmağı düşünmür".

Qeyd edək ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə münasibətləri heç də yaxşı olmayan Turenin İtaliyanın "İnter" klubuna transfer olunacağı iddia edilir.

Oxşar xəbərlər

Yaya Turenin yeni klubu müəyyənləşdi - FOTO
Qvardiolanın qəzəbinə gələn “11-lik” - FOTO
"Barselona"dan "Mançester Siti"yə
“Mançester Siti”dən 32 milyon avroluq transfer
"Mançester Siti"dən dördüncü transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər