reklam
Premyer Liqamızda rekord təkrarlandı
Sportfm.az xəbər saytı

Premyer Liqamızda rekord təkrarlandı


Misli Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.

Sportfm.az xəbər verir ki, XIX turda ümumilikdə 18 qol vurulub.

 

“Kəpəz” – “Qəbələ” (2:2), “Turan Tovuz” – “Qarabağ” (2:3), “Zirə” – “Sumqayıt” (3:1), “Şamaxı” – “Səbail” (2:1) və “Sabah” – “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, 2022/2023 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.

Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.

Oxşar xəbərlər

2022-ci ilin rekordu - Misli Premyer Liqası
Premyer Liqamızda mövsümün antirekordu Cəmi 5 qol
Mövsümün antirekordu qeydə alındı - Azərbaycan Premyer Liqası
Premyer Liqada mövsümün rekordu açıqlandı
Premyer Liqanın bir turunda iki rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər