Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fərid yenə fərqləndi
U-21 millimizin futbolçusu Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurub.
Sportfm.az xəbər verir ki, "Slaviya"nın B komandasının azərbaycanlı hücumçusu Çexiya Gənclər liqasının 14-cü turunda "Viktoriya" (Plzen) ilə səfər oyununda fərqlənib.
Görüş meydan sahiblərinin 3:2 hesabllı qələbəsi ilə başa çatıb. Fərid start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 32-ci dəqiqədə Nəbiyev rəqib qapısından keçirib. Bununla da o, bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.
Qeyd edək ki, “Slaviya”nın U-21 komandası 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Nəbiyev ilk rəsmi qolunu vurdu
Fərid Nəbiyev “Slaviya”dan getdi
Azərbaycanlı Çexiyada bombardir oldu
Nəbiyev məğlubiyyətə şahidlik etdi
Fərid Nəbiyev Çexiyada dubl etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası