reklam
Azərbaycanlı Çexiyada bombardir oldu
Sportfm.az xəbər saytı

Azərbaycanlı Çexiyada bombardir oldu


Çexiya Gənclər Liqasında pley-off mərhələsinə start verilib. 

Sportfm.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" klubu ilk oyununu səfərdə keçirib. 

Praqa təmsilçisi "Teplitse"nin qonağı olub. Görüş paytaxt komandasının böyükhesablı qələbəsi ilə başa çatıb. "Slaviya" futbolçuları rəqibinin qapısına 7 cavabsız top vurub.   

Həmyerlimiz bu görüşə start heyətdə başlayıb və uğurlu oyunu ilə yadda qalıb. Görüşü əvəzlənmədən keçirən "Qəbələ Futbol Akademiyası"nın yetirməsi het-trik edib. Milli komandamızın üzvü 49,78 və 82-ci dəqiqələrdə fərqlənib. Bundan əlavə, Fərid daha iki qolun məhsuldar ötürməsini veriib.  

Qeyd edək ki, bununla da Fərid Nəbiyev bu mövsüm vurduğu qolların sayını 15-ə çatdırıb. Həmyerlimiz həm komandasının, həm də çempionatın bombardiridir. 

Oxşar xəbərlər

Fərid yenə fərqləndi
20 yaşlı azərbaycanlı Çexiyada fərqləndi
Fərid Nəbiyev yeni mövsümə dublla başladı
Azərbaycanlı futbolçu Çexiya klubuna qələbə qazandırdı - FOTO
Azərbaycanlı futbolçu 90 dəqiqə oynadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər