reklam
“Odlar Yurdu” Almaniyada yarış keçirəcək
Sportfm.az xəbər saytı

“Odlar Yurdu” Almaniyada yarış keçirəcək


Almaniyada ölkəmizi təmsil edən “Odlar Yurdu” İdman Klubunun (“Land des Feuers e.V.”) təşkilatçılığı ilə noyabrın 16-da Köln şəhərində boks yarışı keçiriləcək.

Sportfm.az xəbər verir ki, yarışda Azərbaycanı Nicat Həsənov təmsil edəcək.

Qeyd edək ki, “Odlar Yurdu” Boks İdman Klubu 2013-cü il iyulun 1-də Almaniyanın Maqdeburq şəhərində təsis olunub. Almaniyanın müxtəlif şəhərlərində təşkilat tərəfindən mütəmadi olaraq həvəskar boks yarışları təşkil edilir və turnirlərdə Azərbaycanın tarixi, mədəniyyəti və ölkəmizdə idmana göstərilən dövlət qayğısı barədə iştirakçılara ətraflı məlumatlar verilir. İdman Klubunun rəhbəri IBO-International, IBO-Interkontinental və IBF-Avropa versiyaları üzrə dünya çempionu Azad Əzizovdur.

İdman klubunun əsas məqsədlərindən biri Almaniyada yaşayan azərbaycanlı gənclərdə milli kimliyin formalaşmasına və inkişaf etdirilməsinə, onlarda vətənpərvərlik hisslərinin artırılmasına töhfə vermək, həmçinin onların ölkəmizdə və digər Avropa ölkələrində keçirilən beynəlxalq yarışlarda çıxışını təmin etməkdir.

Yaxın gələcəkdə Azərbaycanın və Almaniyanın həvəskar boksçuları arasında yeni əlaqələrin yaradılması istiqamətində işlərin görülməsi planlaşdırılır və buna görə həmvətənlərimiz üçün Almaniyada müvafiq baza da yaradılıb.

Oxşar xəbərlər

Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start verdi
Avropa kubokunda Azərbaycanı iki komanda təmsil edəcək
Şahmat klubunun heyətində kişiləri qadınlar əvəzlədi
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının videoçarxı təqdim olundu
Komandamız Sankt-Moritz qar polosu turnirində qalib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər