reklam
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının videoçarxı təqdim olundu
Sportfm.az xəbər saytı

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının videoçarxı təqdim olundu


Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təbliğat videoçarxı təqdim olunub.

Sportfm.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında yerləşdirilən videoda böyük enerji resurslarına və zəngin mədəniyyətə malik Azərbaycanın Odlar Yurdu və cüdonun geniş inkişaf etdiyi ölkə olduğu qeyd edilib.

“Cüdo ulduzları sentyabrda Azərbaycanda ilin ən böyük idman tədbiri sayılan dünya çempionatında qarşılaşa bilərlər. Bizə qoşulun ki, cüdoçuların idman dəyərlərindən necə dərs aldıqlarını, “Odlar Yurdu”nun həm də cüdo yurdu olduğunu görəsiniz”, - deyə videoçarxda vurğulanır.

Cüdo üzrə dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Oxşar xəbərlər

Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start verdi
Avropa kubokunda Azərbaycanı iki komanda təmsil edəcək
“Odlar Yurdu” Almaniyada yarış keçirəcək
Dünya çempionatının promo-videoçarxı təqdim olundu - VİDEO
"Anatolia" "Odlar Yurdu"na məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər