Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qaynayan qazan “İnter” də böyük revanş projesi -YAZI
"İnter” futbol klubunun prezidenti Rəşad Qasımov öz vəzifəsindən getdi. Əksər media nümayəndələri Rəşad Qasımovu Beynəlxalq Bankın keçmiş rəhbəri və hal-hazırda həbsdə olan Cahangir Haciyevin adamı kimi qələmə versələr də, əslində bu versiya tamamən yanlışdır. Təhlillər onu göstərir ki, Cahangir Hacıyev həbsdə olmasına baxmayaraq, öz kreaturalarının vasitəsi ilə "İnter” klubuna təsir göstərməyə çalışır və beləliklə əlindən alınan klubu məhv edərək, revanş almağa cəhd edir. Bəs C.Hacıyevin bu revanş planını həyata keçirənlər kimdi? Bu suala cavab vermək üçün "İnter”in əqibəti ilə əlaqədar çoxgedişli kombinasiyanın 3 əsas fiquruna diqqət yetirək: "İnter”in keçmiş baş məşqçisi Kaxaber Tsaxadazeyə, hal-hazırda "İnter” klubunun Müşahidə Şurasının sədri olan Yohann Ehqbrextə və "İnter”in keçmiş koordinatoru Petr Noyştetderə.
Kaxaber Tsaxadze 2009 ildən 2014-cü ilə qədər "İnter” klubunun baş məşqçisi olaraq daimə C. Hacıyevdən dəstək alıb, bir sözünü iki eyləməyib. Heç təsadüf deyil ki, K.Tsaxadadzenin qızı Sofiko C. Hacıyevin vəsaiti hesabına təhsilini İngiltərənin ən bahalı təhsil ocaqlarından birində alıb. Hətta deyilənlərə görə, C. Hacıyev Kaxanın qumar borclarını da ödəyib. Bu faktlar onu göstərir ki, K. Tsaxadadze Cahangir Hacıyevin ən yaxın adamlarından biri olub və olmaqda davam edir. İndi isə Kaxanın digər iki fiqurla bağlantısını izləyək. Verdiyi müsahibələrin birində "İnter”in Müşahidə Şurasının sədri Yohann Enqbrext demişdi ki, "Ayntraxt” klubunun fəal azarkeşidi, hətta boynunda klubun loqosunu əks etdirən şarfla fotosunu paylaşmışdı. K. Tsaxadze isə, bildiyiniz kimi, 1993-1996 illərində "Ayntraxt”klubunun futbolçusu olub və Y. Enqbrextlə tanışlığı məhz o illərə uzanır. Kaxanın bu üçlünün digər fiquru olan P. Noyştetderlə bağlantısı isə onunla sübut olunur ki, alman Azərbaycanı tərk edər-etməz, hal-hazırda K. Tsaxadzenin çalışdırdığı Qazaxstanın "Kayrat” klubuna gürcü dostunun vasitəsi ilə koordinator vəzifəsinə yiyələnib.
Yohann Ehqbrext 5 ildir ki, Almaniyanın "Commerzbank”nın ölkəmizdəki nümayəndəliyinin rəhbəridir. Bu bank isə Azərbaycan Beynəlxalq Bankı ilə sıx əməkdaşlıq edir. Yəni ki, Y. Enqbrextin Beynəlxalq Bankla əməkdaşlığı indiki bankın sədri Elmar Məmmədovun dövründə deyil, məhz C. Hacıyevin dövründə başlayıb. Onun Petr Noyştetderlə bağlantısı isə hər ikisinin alman və hər ikisinin Almaniyada yaşayan SSRİ əsilli almanların icma üzvü olmalarından qaynaqlanır. Yəni faktiki olaraq, Y. Enqbrext "İnter” klubunun Müşahidə Şurasının sədri olmaqla K. Tsaxadzenin və Petr Noyştetderin vasitəsilə Cahangir Hacıyevin revanş planını həyata keçirir.
Bu plan bir neçə hissədən ibarətdir: 1. Klubun uşaq-futbol məktəbini dağıtmaq. 2. UEFA tərəfindən kluba transfer qadağasının qoyulmasına nail olmaq. 3. Klubun əsas komandasını autsayder vəziyyətinə gətirərək, iflasa uğratmaq.
Bu planın ilk iki mərhələsi uğurla həyata keçirilib. "İnter”in altyapısının koordinatoru Rəfael Yusifov (qardaşı hal-hazırda Almaniyada yaşayır),U-19 komandasının məşqçisi Xəqani Məmmədov, əvəzedicilərin məşqçisi Füzuli Məmmədov və bir sıra, hətta kateqoriyası olmayan məşqçilər öz vəzifələrinə məhz Petr Noyştetderin Yohann Enqbrextə verdiyi siyahı əsasında təyin olunub və demək olar ki, artıq klubun altyapısını dağıtmaq üzrədirlər. Əsas komandanın iflasa uğratma planının həyata keçirilməsi üçün bu üçlüyə müqavimət göstərən Rəşad Qasımov idi ki, o da istefaya getdi. Getməyinə getdi, amma onun əvəzinə klubun təhlükəsizlik departamentinin rəhbəri Rüfət Abdullayev gəldi.
Əgər Rüfər Abdullayev bu vəzifədə təsdiqlənsə və ona tam səlahiyyət verilsə, demək ki, klubun sponsoru olan AB bankı, bu revanş planından xəbərdardı və bankın rəhbərliyi yumşaq təbiətli Rəşad Qasımovu əvəz edərək, daha sərt Rüfət Abdullayevin vasitəsilə Y. Enqbrextin qarşısını alacaq. Ancaq, R. Abdullayev bir müddət sonra prezident postunu Yohann Enqbrextə təhvil verərsə, bu o deməkdir ki, bankın rəhbərliyi də klubun iflasa uğramasında maraqlıdır.
Müəllif: Adil İmdadoğlu
Oxşar xəbərlər
Cahangir Hacıyevin 4,7 milyardlıq işi
Beynəlxalq Bank "İnter"ə sponsorluğu dayandırdı
Enqbrext “İnter”dən qovuldu
Rəşad Qasımov postundan getdi
“İnter” rəhbərliyində dəyişiklik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası