"Zirə" 100-ü keçdi
“Zirə”nin Azərbaycan Premyer Liqasının IX turunun “Sabah”la oyununda vurduğu ilk qol klubun tarixinə 100-cü səfər topu kimi düşüb.
Sportfm.az xəbər verir ki, bu qola 22-ci dəqiqədə Nicat Süleymanov imza atıb. Qarşılaşmanın sonlarındakı bərabərlik topu isə “Qartallar”ın rəqib meydanında vurduğu topların sayını 101-ə çatdırıb. Bu qollar 90 oyunda vurulub. Səfərdəki orta məhsuldarlıq 1,12-yə bərabərdir.
Bu toplardan 62-si Premyer Liqa, 27-si Birinci divizion, 9-u Azərbaycan kuboku, 3-ü Avropa Liqasına təsadüf edib. Qəsəbə təmsilçisinin səfər qolları mövsümlər üzrə belədir: 2014/15 – 27, 2015/16 – 18, 2016/17 – 14, 2017/18 – 18, 2018/19 – 20, 2019/20 – 4.
25 rəqibin meydanında fərqlənməyi bacaran “Zirə”nin səfərdə ən çox qol vurduğu komanda “Neftçi”dir – 13. Qəsəbə klubu “Sumqayıt”la görüşlərdə 9, “Qəbələ”, “Səbail”, “Keşlə” və AZAL-ın meydanında 7 qol vurub.
Oxşar xəbərlər
Ozobiç 40-cı qolunu vurdu - Azərbaycan Premyer Liqası
"Zirə"nin 40-cı heç-heçəsi
“Zirə”nin 20-ci səfər “sülh”ü
"Zirə"nin əlamətdar səfər oyunu
Cavid İmamverdiyev tarixə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası