reklam
Cavid İmamverdiyev tarixə düşdü
Sportfm.az xəbər saytı

Cavid İmamverdiyev tarixə düşdü


Topaz Premyer Liqasının XIV turunun “Kəpəz”lə səfər matçında vurulan son qol “Sumqayıt” üçün tarixi əhəmiyyət kəsb edib.

Sportfm.az xəbər verir ki, 3:0 hesablı qələbə qazanan “Gənclik şəhəri” təmsilçisi bununla da Premyer Liqada vurduğu qolların sayını 200-ə çatdırıb. Yubiley qolunun müəllifi Cavid İmamverdiyev olub. Onun 68-ci dəqiqədə vurduğu top klub tarixində 200-cü Premyer Liqa qoludur.

Yubiley qolunu 210-cu matçında qeyd edən “Sumqayıt” 7-ci mövsümündə bu rəqəmə çatıb: 2011/12 – 27, 2012/13 – 31, 2013/14 – 27, 2014/15 – 29, 2015/16 – 41, 2016/17 – 28, 2017/18 – 17. Klubun yüksək dəstədəki orta məhsuldarlığı 0,95-ə bərabərdir.

“Sumqayıt” Premyer Liqa tarixində 200 və daha çox qol vuran 20-ci komandadır. “Gənclik şəhəri” təmsilçisi bu toplardan 109-nu evdə, 91-ni səfərdə rəqib qapısından keçirib.

1-ci qol

2011/12 mövsümü. 06.08.2011. “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər” – 2:1

Eşqin Quliyev, 85

100-cü qol

2014/15 mövsümü. 14.12.2014. “Neftçi” – “Sumqayıt” – 3:2

Orxan Əliyev, 63

200-cü qol

2017/18 mövsümü. 02.12.2017. “Kəpəz” – “Sumqayıt” – 0:3

Cavid İmamverdiyev, 68

Oxşar xəbərlər

Ozobiç 40-cı qolunu vurdu - Azərbaycan Premyer Liqası
“Sumqayıt”dan 70-ci qələbə
"Zirə" 100-ü keçdi
“Sumqayıt”dan 250-ci qol
Premyer Liqada 20-ci tur rəqəmlərin gözü ilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər