Parapauerliftinq üzrə açıq ölkə çempionatının qalibləri məlum oldu -FOTO
Parapauerliftinq üzrə açıq respublika çempionatı keçirilib.
Sportfm.az xəbər verir ki, “Zirvə” Beynəlxalq İdman Kompleksində baş tutan çempionatda kişilərin yarışında Pərvin Məmmədov (49-54 kq), Sərvər Qəniyev (59-65 kq), Əhməd Razim Azər (72-80 kq, Gürcüstan), Nurlan Babacanov (88-97 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (100 kq-dan yuxarı) qızıl medal qazanıblar.
Qadınların mübarizəsində Leyla Kazımova (50-80 kq), görmə məhdudiyyəti olan pauerliftinqçilərin yarışında Asif Beliyev (56-82,5 kq) və Məhərrəm Qasımov (90 kq və 125 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çempionatda Gürcüstan idmançıları da güclərini sınayıblar.
Yarışların yekununda medal əyarına görə, Gəncə komandası 3 qızıl və 2 gümüş mükafatla birinci olub. Sumqayıt (3-3-0) ikinci, Bakı (1-1-2) isə üçüncü pillədə qərarlaşıblar.

Oxşar xəbərlər
Paralimpiyaçımız dünya kubokunda bürünc medal qazandı
Bakı çempionatının qalibləri müəyyənləşdi
Qılıncoynatma üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu
Tayboks üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşdi
Kapoeyra üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası