Paralimpiyaçımız dünya kubokunda bürünc medal qazandı
Pauerliftinq üzrə paralimpiya yığma komandasının üzvü Nurlan Babacanov Macarıstanın Eger şəhərində keçirilən dünya kubokunda bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, 96 kiloqram çəki dərəcəsində yarışan idmançımız 195 kiloqram çəkini başı üzərinə qaldıraraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. Eyni çəki dərəcəsində birinci yeri 220 kiloqramlıq nəticə ilə Birləşmiş Ərəb Əmirliklərindən olan Xələf Məhəmməd Xamis tutub. İkinci yerə isə 210 kiloqramlıq nəticə ilə serbiyalı Petar Milankoviç layiq görülüb.
Bu nailiyyət ilə Nurlan Babacanov Tokio Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.
Yarışlar davam edir. Bu gün digər idmançılarımız Elşən Hüseynov və Şamo Aslanov turnirdə debüt edəcəklər. İdmançımız Pərvin Məmmədov (49 kq) bir neçə gün əvvəl dünya kubokunun qızıl medalını qazanıb.
Oxşar xəbərlər
Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunun qalibi oldu
Paralimpiyaçımız Dünya Kubokunda qızıl medal qazandı
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
Paralimpiyaçılarımız Avropa çempionatında daha iki medal qazandı - FOTO
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı












Misli Premyer Liqası