
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Neftçi"də iclas keçirildi
"Neftçi”nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
1. İclasda "Neftçi”nin icraçı-direktoru Orxan Hüseynzadə və əsas komandanın baş məşqçisi Elxan Abdullayev komandanın Antalya şəhərindəki hazırlığı və bu dövrdə klubun həyata keçirdiyi transfer siyasəti barədə hesabat təqdim ediblər.
2. "Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazov klubun hazırkı maliyyə durumu barədə hesabat verib və xərclərin optimallaşdırılması ilə bağlı hazırlanmış planı təqdim edib.
3. İclasda "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında aparılan tikinti işləri haqqında ətraflı məlumat verilib və klubun 80 illik yubileyini qeyd etdiyi cari ilin sonuna kimi tikinti işlərinin yekunlaşmasının vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
“Neftçi”nin yeni strukturu təsdiq olundu
"Neftçi"nin yeni prezidenti 4 istiqamət müəyyən etdi
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
“Neftçi”də yeni simalar
Üç nəfər "Neftçi"dən qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin