Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”də yeni prezident
"Neftçi Peşəkar Futbol Klubu" Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.
Sportfm.az klubun rəsmi saytına istinadən bildirir ki, təsisçinin qərarı ilə "icraçı direktor" vəzifəsi ləğv edilib, "prezident" və "vitse-prezident" vəzifələri təsis edilib.
"Neftçi Peşəkar Futbol Klubu" MMC-nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.
Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu" MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.
Oxşar xəbərlər
"Neftçi" xal itirir, vitse-prezident postundan gedir
"Neftçi"də yeni prezident - RƏSMİ
Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti oldu - Təyinat
Elxan Məmmədova yeni vəzifə - icraçı vitse-prezident oldu
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası