reklam
Sportfm.az xəbər saytı

"Düdelanj"ı sərt cəza gözləyir -FOTO


Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılmışdı. Bu zaman həm meydanda, həm də meydandan kənarda gərgin anlar yaşanıb. 

Sportfm.az xəbər verir ki, buna dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması səbəb olub. 

"Qarabağ"ın azarkeşləri də buna kəskin etiraz edib. Bir neçə azarkeş meydana çıxmaq istəsə də təhlükəsizlik işçiləri buna mane olub.  

Bu zaman Ağdam klubunun futbolçuları məsələyə müdaxilə edərək azarkeşləri mühafizəçilərin əlindən alıb. 

UEFA "Düdelanj"a təhlükəsizliyi təmin etmədiyi üçün pul cəzası tətbiq edəcək. Lüksemburq klubunun qrup mərhələsində APOEL və "Sevilya" ilə ev matçlarını azarkeşsiz keçirmək ehtimalı var. 

Oxşar xəbərlər

UEFA "Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı qərar gələn həftə açıqlanacaq
"Qarabağ"ın oyunundakı təxribatın bilinməyən təfərrüatları
"Rəqib klub cəzalandırılacaq" - Elxan Məmmədov
"Düdelanj" - "Qarabağ" matçında erməni təxribatı - FOTO
"Arsenal"dan "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı - BƏYANAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər