reklam
Serbiya Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Serbiya Avropa çempionu oldu


Kişi voleybolçuların Avropa çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində keçirilən həlledici görüşdə Serbiya və Sloveniya milliləri üz-üzə gəlib. Matçın qalibi 4 set sonunda müəyyənləşib. Daha üstün oyun nümayiş etdirən Serbiya 3:1 hesabı ilə qələbə qazanıb. Bu, Balkan təmsilçisinin ikinci (2011, 2019) Avropa çempionluğudu. Yuqoslaviyanın daxilində isə serblər 2001-ci ildə qitənin ən güclüsü olmuşdular.

Aleksandar Atanisiyeviç 22 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Sloveniyanın heyətində isə Klemen Çebul 15 xalla oynayıb.

Qeyd edək ki, Uroş Kovaçeviç Avropa çempionatının "ən dəyərli oyunçusu" seçilib.

Oxşar xəbərlər

Serbiya millisi Avropa çempionu oldu - FOTO
Serbiya sensasiyaya imkan vermədi - Balkan derbisində bərabərlik
Balkan yarımadasından gələn qızların qızılı verildi - FOTO
Sloveniya Avropanın ən güclüsüdür
“Eurobasket 2017”nin sonuncu iki yarımfinalçısı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər