“Eurobasket 2017”nin sonuncu iki yarımfinalçısı məlum oldu
Sentyabrın 13-də basketbol üzrə 40-cı Avropa çempionatının sonuncu iki yarımfinalçısının adları məlum olub.
Sportfm.az xəbər verir ki, İstanbuldakı Sinan Erdem arenasında keçirilən dörddəbir final mərhələsinin sonuncu iki görüşündə Yunanıstan və Rusiya, İtaliya və Serbiya milli komandaları üz-üzə gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Rusiya millisi birinci periodda hesabda geri düşsə də, əzmkar oyun nümayiş etdirərək matçı qələbə ilə başa vura bilib - 74:69. Rusiya millisinin heyətində Aleksey Şved 26 xalla gecənin ən məhsuldar oyunçusu olub. Yunanıstan yığmasının heyətində isə Nik Kalates 25 xal və 5 ribaundla yadda qalıb.
Çempionatın yarımfinal mərhələsinə sonuncu vəsiqənin sahibi İtaliya yığmasını 83:67 hesabı ilə məğlub edən Serbiya millisi olub. Serbiya yığmasının heyətində Boqdanoviç 22 xal, İtaliya millisində isə Belinelli 18 xalla ən məhsuldar oyunçu kimi yadda qalıblar.
Beləliklə, İspaniya və Sloveniyadan sonra, Rusiya və Serbiya milliləri də yarımfinala vəsiqə qazanıblar. Yarımfinal qarşılaşmaları sentyabrın 14-də və 15-də keçiriləcək. İlk matçda İspaniya və Sloveniya, bir gün sonra isə Rusiya və Serbiya yığma komandaları finala vəsiqə uğrunda güclərini sınayacaqlar.
Qitə birinciliyində üçüncü yer uğrunda görüş və final matçı sentyabrın 17-də keçiriləcək.
Xatırladaq ki, dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.
Oxşar xəbərlər
Avropa çempionatının püşkü atılacaq - Azərbaycan 2-ci səbətdə
Millimiz Avropa çempionatında iştirak edəcək
Avropa çempionatının yarımfinalçıları müəyyənləşdi
Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşdi
Basketbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası