reklam
Bakıda beynəlxalq karate turnirinə start verildi -
Sportfm.az xəbər saytı

Bakıda beynəlxalq karate turnirinə start verildi -FOTO


Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi olub.

Sportfm.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində əvvəlcə iştirakçı komandaların paradı olub.

Açılış mərasimi konsert proqramı ilə başa çatıb.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 10-dək ölkədən idmançılar iştirak edirlər.

Qara dəniz və Xəzəryanı ölkələr arasında keçirilən xatirə turnirində beş yaşdan yuxarı karateçilər mübarizə aparırlar.

İyunun 23-də yekun vurulacaq turnirdə fərqlənən idmançılara fərdi yarışlarda medal və diplom, komanda çıxışlarında isə kubok təqdim olunacaq.

Oxşar xəbərlər

Bakıda 1500-dən çox idmançı qüvvəsini sınayacaq - Beynəlxalq turnir
20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
Beynəlxalq turnirə yekun vuruldu
Bakıda “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək
Bakıda beynəlxalq karate turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər