reklam
Milli Parkda açıq karate seminarı təşkil olunacaq
Sportfm.az xəbər saytı

Milli Parkda açıq karate seminarı təşkil olunacaq


Sentyabrın 14-də Dənizkənarı Milli Parkda uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı təşkil olunacaq.

Sportfm.az xəbər verir ki, karatenin daha da populyarlaşması və təbliği istiqamətində tədbir planlarına aid olan bu seminar sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün nəzərdə tutulub.

Seminara respublikanın müxtəlif bölgələrindən klubların tərkibində yüzlərlə idmançı qatılacaq.

Tədbirdə federasiya rəsmiləri, milli komandanın məşqçilər heyəti, eləcə də kapitan Rafael Ağayev başda olmaqla, komanda üzvləri təcrübələrini azyaşlı karateçilərə nümayiş etdirəcəklər.

Oxşar xəbərlər

Beynəlxalq turnirə yekun vuruldu
Bakıda “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək
Karate üzrə Azərbaycan çempionatı keçiriləcək
Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatdı
Bakıda beynəlxalq karate turnirinə start verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər