Kross üzrə paytaxt çempionatına yekun vuruldu -FOTO
Sentyabrın 21-də kross qaçışı üzrə paytaxt çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, Bakı Dövlət Cıdır Meydanında keçirilən çempionatda 100-ə yaxın atlet 8 məsafə üzrə mübarizə aparıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10-dək idman klubu təmsil olunub.
Qızlar arasında kross yarışında Samirə Cəbrayılzadə (1 km), Günel Manafova (2 km) və Anna Yusupova (6 km) birinci olublar.
Oğlanların yarışında isə Mahmud Mehdiyev (2 km), Nadir Əliyev (3 km), Eldar Qəzənfərov (6 km) və Elman Abışov (10 km) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bu yarış oktyabrda Cəlilabadda keçiriləcək respublika çempionatına hazırlıq xarakteri daşıyır.
Oxşar xəbərlər
Atletika üzrə Bakı çempionatı keçiriləcək
Cüdo üzrə Bakı birinciliyinə yekun vuruldu - FOTO
Bakı çempionatının qalibləri müəyyənləşdi
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - FOTO
Bakı çempionatına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası