Bakı çempionatına start verildi
Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə kişi və qadınlar arasında Bakı çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 24 klubdan 219 kişi və 23 qadın medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günü qadınların yarışında bütün çəki dərəcələrində (48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşəcək.
Kişilərin mübarizəsində isə 60 kq və 66 kq çəki dərəcələrində mübarizə gedəcək.
Qeyd edək ki, ilk yarış günündə ümumilikdə 121 cüdoçu (98 kişi və 23 qadın) tatami üzərinə çıxır. ACF, Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt çempionatına noyabrın 24-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi - FOTO
Cüdo üzrə açıq Bakı çempionatına start verildi
Gənc cüdoçular başladı - Bakı birinciliyində 32 klub iştirak edir
Qurban Qurabanov Bakı çempionu oldu - cüdo üzrə
Bakı birinciliyinin ilk gününə yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası