reklam
Millimizin baş məşqçisi dünya çempionatına getməkdən imtina etdi
Sportfm.az xəbər saytı

Millimizin baş məşqçisi dünya çempionatına getməkdən imtina etdi


Azərbaycanın sərbəst güləş üzrə milli komandası dünya çempionatının keçirildiyi Qazaxıstanın paytaxtı Nur-Sultana baş məşqçisiz gəlib. 

Sportfm.az xəbər verir ki, Saypula Absaidov mundial öncəsi komandanın sükanını tərk edib. Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addımının səbəbi məlum deyil. Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin addımını şərh etmək istəməyib. 

O, hazırda dünya çempionatına kökləndiklərini bildirib.

Komanda Nur-Sultana köməkçi-məşqçilər Namiq Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında gəlib.

Qeyd edək ki, sərbəst güləşçilər dünya çempionatında mübarizəyə sentyabrın 19-da başlayacaqlar.

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - Fərdi Dünya Kuboku
Azərbaycan və Türkiyə yığmaları toplanışda - Dünya Kuboku
Avropa Çempionatına gedən heyət açıqlandı
Firdovsi Umudov postunu tərk edir - Millimizin baş məşqçisi kim olacaq?
Millimizin yeni baş məşqçisi kim ola bilər? – Namizədlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər