Millimizin heyəti açıqlandı -Fərdi Dünya Kuboku
Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kuboku üçün Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, ölkəni baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.
Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.
Qeyd edək ki, sərbəst güləşçilər mübarizəyə sabah qoşulacaq. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.
Oxşar xəbərlər
Güləş yığmamızın heyəti açıqlandı - Avropa çempionatı
Millimizin heyəti açıqlandı - Qran-pri üçün
Hacı Əliyev mübarizəyə başlayır - Dünya Kuboku
Güləşçimiz bürünc medal üçün mübarizə aparacaq - Fərdi Dünya Kuboku
Güləşçilərimizin rəqibləri bilindi - Fərdi Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası