Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb.
Sportfm.az xəbər verir ki, ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) bürünc medal uğrunda görüşdə amerikalı Maks Nuri ilə qarşılaşıb.
İdmançımız rəqibinə 8:0 hesabı ilə qalib gəlib. Bu bürünc medalla Eldəniz Əzizli Tokio Olimpiadasına vəsiqə qazanıb.
Bu gün qeyri-Olimpiya çəkisində Rafiq Hüseynov (-82 kq) da final görüşünə çıxacaq.
Qeyd edək ki, bu gün dünya çempionumuz Rəsul Çunayev (-67 kq) də mübarizəyə qoşulub. Lakin tanınmış idmançımız macar rəqibinə 8:0 qalib gəlsə də, cənubi koreyalı güləşçiyə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu oldu
Güləşçimizdən bürünc medal - Dünya çempionatı
Güləşçimiz Avropa çempionatının finalında
Güləşçimiz dünya çempionatının bürünc medalını qazandı
Əzizli Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası