reklam
Əzizli Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Əzizli Avropa çempionu oldu


Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında ilk qızıl medalımızı Eldəniz Əzizli qazanıb.

Sportfm.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Estoniya idmançısı Helari Maeqisalu ilə qarşılaşıb və rəqibinə 8:0 hesabı ilə qalib gəlib.

Bu, Avropa çempionatında millimizin ilk qızıl medalıdır. Həmçinin Eldəniz Əzizli karyerasında böyüklər arasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, sabah Avropa çempionatında daha iki idmançımız – Rəsul Çunayevlə Murad Məmmədov final görüşünə çıxacaq.

Oxşar xəbərlər

Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu oldu
Yunan-Roma güləşçimiz tarix yazdı - 8-ə çatdı
Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
Yığmamız Avropa üçüncüsü oldu
Çempionluq tam başqa hissdir - Eldəniz Əzizli - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər