Məmmədyarov dünya kubokunda finala vəsiqə qazandı
Sentyabrın 14-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində cavab görüşləri oynanılıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci turda özbəkistanlı Rüstəm Qasımcanovla heç-heçə oynayıb. O, ilk turda rəqibi üzərində qələbə qazandığına görə onaltıdabir mərhələyə vəsiqəni təmin edib.
Digər şahmatçılarımız Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezlə xalları yarı bölüb. Eltac Səfərli isə hindistanlı Sarin Nihala birinci görüşdə məğlub olmasına baxmayaraq, ikinci partiyada rəqibini üstələyərək hesabı bərabərləşdirib. Hər üç şahmatçımız sentyabrın 15-də tay-breykdə mübarizə aparacaq.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya kuboku yarışlarında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.
Dünya kubokunun finalına adlayan şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar. FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, təşkilatçıların xüsusi dəvətnaməsi olacağı təqdirdə turnirin bürünc mükafatçısı da belə bir hüquqa yiyələnə bilər.
Dünya kuboku yarışları oktyabrın 4-dək davam edəcək. Turnirin mükafat fondu 1,6 milyon dollardır.
Oxşar xəbərlər
Teymur Rəcəbovun rəqibi müəyyənləşəcək
Azərbaycan qrossmeysterləri dünya kubokunda üz-üzə gələcəklər
Məmmədyarovla Rəcəbov finalda qarşılaşacaqlar
Şahmat üzrə dünya kubokunda birinci partiyalar oynanılacaq
Məmmədyarov dünya kubokunda növbəti qələbəsini qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası