reklam
İdmançımız dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Sportfm.az xəbər saytı

İdmançımız dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq


Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarınfinal görüşünə çıxıb. 

Sportfm.az xəbər verir ki, 55 kq çəkidə yer alan Əzizlinin rəqibi qazaxıstanlı Xorlan Jakanşa olub. Görüşün əvvəlində Əzizli hesabda 0:3 geri düşsə də, fasiləyədək fərqi minimuma endirib.

İkinci hissədə isə Jakanşa fərqi artıraraq, qələbəyə nail olub - 11:5.

Beləliklə, ötənilki azərbaycanlı Avropa və dünya çempionu finala yüksələ bilməyib. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Oxşar xəbərlər

Daha bir güləşçimiz “bürünc” uğrunda mübarizə aparacaq
Mariya Stadnik ikiqat dünya çempionu oldu
Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
Güləşçimiz dünya çempionatında finala çıxdı
Eldəniz Əzizli dünya çempionu oldu - rəqibini 59 saniyəyə məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər