reklam
Sportfm.az xəbər saytı

"Forza Neftçi" "Qarabağ"la oyunda tribunada olmayacaq! -Boykota davam


Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi”“Qarabağ”ın qonağı olacaq.

Sportfm.az xəbər verir ki, "Neftçi"nin azarkeş qrupu “Forza Neftçi” bu oyunda da tribunalarda yer almayacaq. Fan-klubun rəhbəri Sübhan Əliyev sosial şəbəkə hesabında bu barədə məlumat yayıb:

“Qarabağ”la oyunda “Forza Neftçi” olaraq stadionda olmayacağıq. Boykota davam! Gedin, vuruşun, udun! Qələbədən başqa nəsə bizi qane etmir! Bu arada mətbuata biletlərin qiymətinin 51 AZN olacağı xəbərini buraxan “Qarabağ” FK, sən də “kişiliy elə”, axıra kimi bu qiyməti saxla. Daha biz gəlməyəcəyik deyə pulsuz etmə. Onda lap hörmətdən düşəcəksən. Buraxdığın xəbərin arxasında dayan”.
"Qarabağ" - "Neftçi" oyunu sentyabrın 15-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

 

Oxşar xəbərlər

“Qarabağ”ın keçmiş oyunçusu “Neftçi”yə vurduqları qoldan danışdı
"Neftçi" "Sumqayıt"la, "Qarabağ" "Keşlə" ilə üz-üzə - YENİLƏNİR
"Qarabağ"ın oyunu azarkeşlər üçün ödənişli olacaq
"Forza Neftçi" tribunadan getdi!
"Qarabağ"ın matçının biletləri doğma stadionda satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər