reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın oyunu azarkeşlər üçün ödənişli olacaq


Azərbaycan Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu flaqmanın azarkeşləri üçün ödənişli olacaq.   

Sportfm.az xəbər verir ki, oyunu izləmək istəyən paytaxt təmsilçisinin fanatları üçün Tofiq Bəhramov adına Respublika stadionunun 5-ci və 6-cı sektorlarında yer ayrılacaq. 

Bilet satışı oyun günü saat 15:00-dan etibarən həmin stadionda həyata keçiriləcək. Biletlərin qiymətinin bir manat olacağı nəzərdə tutulub.

"Neftçi"nin Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev açıqlamasında məsələyə münasibət bildirib. O, flaqmanın ev oyunlarında həm öz, həm də qonaq komanda azarkeşləri üçün bilet satdığını və ona görə də "Qarabağ"ın yalnız "Neftçi" fanatları üçün girişi pullu etmək istəyinə qarşı çıxmadıqlarını vurğulayıb.

Qeyd edək ki, görüş fevralın 3-də saat 18:30-da başlanacaq. (report)

Oxşar xəbərlər

"Qarabağ" - "Marsel" oyununa nə qədər bilet satılıb? - 8 min
“Qarabağ” – “Marsel” matçına bilet satışı dayandırıldı
Avrokubok matçına satılmış biletlərin sayı - 15 min bilet
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxarılacaq
“Qarabağ” “Neftçi” fanatları üçün biletin qiymətini açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər