Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Simon Kyaer: "İbrahimoviçi dayandırmağın ən yaxşı yolu budu"
Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Mançester Yunayted”lə qarşılaşacaq "Fənərbaxça”nın müdafiəçisi Simon Kyaer mankunianların hücumçusu Zlatan İbrahimoviç haqda danışıb. Komanda.az xəbər verir ki, danimarkalı futbolçu İngiltərə mətbuatına açıqlamasında İbrahimoviçi bir nəfərlə dayandırmağın mümkün olmadığını deyib: "Əvvəllər "Palermo, "Lill”, "Roma” və milli komandanın heyətində İbrahimoviçə qarşı oynamışam. Ona qarşı oynamaq çox gözəl hissdi. Zlatanı tanıyıram, ancaq heç vaxt onun meydanda nə edəcəyini əvvəlcədən müəyyənləşdirə bilməzsiz. O, dünya səviyyəli hücumçudu. Zlatan həmişə qol vurur. Onun yaşı sadəcə, rəqəmdi. Bir oyunçuyla onu dayandıra bilməzsiz. İbrahimoviçə qarşı bütün komanda olaraq mübarizə aparmalısız. Onu dayandırmağın ən yaxşı yolu budu”.
"Mançester Yunayted” - "Fənərbaxça” oyunu bu gün, saat 23:05-də başlayacaq.
Oxşar xəbərlər
"İbrahimoviç əvvəllər səviyyəli futbolçu idi"
İbrahimoviç: "Vaxt keçdikcə hər şey qaydasına düşəcək"
Konte: "İbrahimoviç "Mançester Yunayted"lə çempion ola bilməyəcək"
İbrahimoviç "Qalatasaray"a qarşı
Nömrəsini İbrahimoviçə verdilər, narazı qaldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası