Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İbrahimoviç: "Vaxt keçdikcə hər şey qaydasına düşəcək"
İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində "Sautqempton"u 2:0 hesabıyla məğlub edən "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç oyunla bağlı fikirlərini bildirib. Komanda.az xəbər verir ki, mankunianların hər iki qolunun müəllifi yerli mətbuata açıqlamasında bunları deyib: "Komanda yaxşı oynayır və qalib gəlirsə, fərdi uğurun elə də əhəmiyyəti yoxdu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Təhlükəli vəziyyətlər yaratdım, komanda yoldaşlarıma kömək etdim və iki qol vurdum. Premyer Liqaya iki ardıcıl qələbəylə başladıq. Buna görə çox sevinirəm. Get-gedə daha yaxşı oynayacağıq. Yeni mövsümdə evdəki ilk oyunumuzda qalib gəlməyimiz vacib idi. Bizim üçün yaxşı başlanğıc oldu. Komanda olaraq qələbələrə öyrəşməliyik. Ancaq burda əsas olan fiziki yox, zehni olaraq qələbəyə alışmaqdı".
Zlatan "Sautqempton"a qarşı 90 dəqiqə forma geyinən komandanın yeni transferi Pol Poqba barədə də danışıb: "Komandaya öyrəşmək üçün vaxta ehtiyacı var. Vaxt keçdikcə hər şey qaydasına düşəcək".
Oxşar xəbərlər
"İbrahimoviç əvvəllər səviyyəli futbolçu idi"
Simon Kyaer: "İbrahimoviçi dayandırmağın ən yaxşı yolu budu"
Konte: "İbrahimoviç "Mançester Yunayted"lə çempion ola bilməyəcək"
İbrahimoviç "Qalatasaray"a qarşı
Zlatan İbrahimoviç: “Liqa 1 mənim səviyyəmdə deyil”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası