Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rusiya yığmasının sabiq futbolçusu millimizdə oynamaq istəyir
"Sumqayıt" klubunun yeni transferi Cəmaləddin Xocaniyazov Azərbaycan millisində oynamaq istəyir.
Sportfm.az xəbər verir ki, bu barədə klubun prezidenti Riad Rəfiyev açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın gənclər yığmasının keçmiş müdafiəçisi AFFA-ya müvafiq xahişlə müraciət edib. Rəfiyev məhz bu müraciət səbəbindən Xocaniyazovu "Sumqayıt"a götürdüklərini vurğulayıb.
Qeyd edək ki, karyerası ərzində "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural" kimi komandaların formasını geyinmiş türkmən əsilli Cəmaləddin Xocaniyazov Norveçin "Orxus" komandasında legioner həyatı yaşayıb.
Oxşar xəbərlər
"Sumqayıt" Sadıxovu transfer etdi - FOTO
AFFA Ayaz Quliyevə təklif göndərdi
“Zenit”in yetirməsi “Sumqayıt”da
Ayaz Quliyevin Azərbaycan yığmasında oynaması ilə bağlı açıqlama gəldi - İstəyir
Riad Rəfiyev "hərəkətə keçdi", "Sumqayıt" yeni müqavilə imzaladı - Foto
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası