AFFA Almaniya klubunun xahişini geri çevirdi
AFFA Almaniyanın III liqasında çıxış edən “Proyssen” klubunun Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla bağlı xahişini geri çevirib.
Sportfm.az xəbər verir ki, Münster təmsilçisi 27 yaşlı hücumçunun AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə oyunlar üçün Azərbaycan millisinə bir qədər gec qoşulmasını istəyib. Səbəb kimi isə sentyabrın 4-də Vestfaliya Kubokunda “Rödinqhauzen”lə matçda Dadaşova ehtiyac duyduqları göstərilib. Lakin milli assosiasiyadan müsbət cavab alınmayıb.
Klubun idman direktoru Malte Metselder məsələ ilə bağlı bunları deyib: “Kubok oyununda iştirak etmək üçün Rüfətin gedişini yubatmağa ümid edirdik. Lakin AFFA razı olmadı və futbolçunun sentyabrın 1-də millinin düşərgəsinə qoşulmasını istədi”.
Dadaşov özü isə vəziyyəti bu cür şərh edib: “Əlbəttə, “Rödinqhauzen”lə matçda iştirak etmək istərdim. Ancaq Azərbaycandan zəng gələndə, vətənə yollandmaq mənim üçün şərəfdir”.
Qeyd edək ki, “Proyssen” avqustun 31-də III liqanın VII turu çərçivəsində “Hanza”nın qonağı olacaq. Dadaşov oyundan dərhal sonra Bakıya yola düşəcək.
Oxşar xəbərlər
"Vulverhempton" qardaşımla boşuna müqavilə bağlamayıb" - Rüfət Dadaşov
"Azərbaycana səfər etmək həmişə bir təcrübədir" Rüfət Dadaşov
Dadaşov milliyə dəvət aldı
Millimizin futbolçusu ili erkən başa vurdu
Metselder azərbaycanlı futbolçu haqqında: Biz uzun müddətdir onu transfer etməyə çalışırıdıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası