reklam
Millimizin futbolçusu ili erkən başa vurdu
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu ili erkən başa vurdu


Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ili erkən başa vurub.

Sportfm.az xəbər verir ki, Almaniyanın “Proyssen” komandasının formasını geyinən 27 yaşlı hücumçu III liqanın 16-cı turunda Braunşveyq “Ayntraxt”ını 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.

Matça 69-cu dəqiqədə əvəzetmədən daxil olan Dadaşovun bud əzələsində problem yaranıb. Forvard oyunu başa vura bilsə də, onun ən azı 3 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. O, Azərbaycan millisinin Farer adaları və Kosovo ilə görüşlərindən sonra klubunun düşərgəsinə yüngül zədə ilə qayıtmışdı.

Qeyd edək ki, hazırda 29 xalla 2-ci pillədə qərarlaşan “Proyssen”in qış fasiləsinə qədər liqada 4 oyunu qalıb. Münster təmsilçisi “Halleşer”, “Tsvikkau” və “Fortuna” ilə evdə, “Karlsrue” ilə isə səfərdə qarşılaşacaq.

Oxşar xəbərlər

Rüfət Dadaşov məhsuldar ötürmə ilə yadda qaldı
Millimizin hücumçusu komandasını xilas etdi
Dadaşov het-trikə imza atdı
Millimizin üzvü Almaniyada qol vurdu - komandası qalib gəldi
Azərbaycanlı futbolçu klubunu dəyişdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər