Metselder azərbaycanlı futbolçu haqqında:Biz uzun müddətdir onu transfer etməyə çalışırıdıq
"Proyssen Myunster" ənənəyə malik klubudur. Mənim üçün yaxın vaxtda burada oynamaq böyük şərəf olacaq".
Sportfm.az xəbər verir ki, bunu Almaniyanın III liqasında çıxış edən "Proyssen Myunster"lə iki illik müqavilə bağlayan Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı hücumçu bildirib ki, baş məşqçi Marko Antverpen və idman direktoru Malte Metselderlə söhbətdən sonra klubunu dəyişməyə qərar verib. Hazırda Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan Berlin "Dinamo"sunda forma geyən forvard bunları söyləyib: "Mən mərkəz hücumçusuyam, amma "10 nömrə" kimi də oynaya bilirəm. İstənilən halda rəqibin cərimə meydançasında olmalıyam. O zaman üzərimə düşəni edəcəyəm".
M.Metselder isə azərbaycanlı futbolçunun Regional Liqanın əsas hücumçusu olduğunu deyib: "Biz uzun müddətdir onu transfer etməyə çalışırıdıq. Rüfət bütün fikrini oyununa yönəldib və inkişaf etmək istəyir. Onu xeyli vaxtdır izləyirdik. Son turlardakı çıxışı bizdə böyük maraq oyatdı".
Qeyd edək ki, Rüfət Dadaşov yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. O, hazırda "Dinamo"da 23 qolla Regional Liqanın bombardiridir.(report)
Oxşar xəbərlər
Dadaşov oynadı, “Dinamo” qələbə qazandı - Regional Liqa
Rüfət Dadaşov Almaniyada klubunu dəyişdi
Millimizin futbolçusu ən yaxşı transferlərin “onluğ”una düşdü
Rüfət Dadaşov: Özümü evdəki kimi hiss edirdim
Azərbaycanlı futbolçu klubunu dəyişdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası













Misli Premyer Liqası