reklam
Sportfm.az xəbər saytı

"Azərbaycana səfər etmək həmişə bir təcrübədir"Rüfət Dadaşov


Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov "Bild" nəşrinə açıqlama verib.

Sportfm.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə oyunlarda ehtiyatda qalan 28 yaşlı hücumçu milliyə dəvət aldığı üçün qürur hissi keçirdiyini deyib: “Əlbəttə, oyunlara çıxmaq istərdim. Amma vətənə səfər etmək də həmişə bir təcrübədir”. 

Dadaşov Xorvatiya ilə matçdan sonra 02:30-da Bakıdan Frankfurta daha sonra isə Proysenə üz tutub. Rüfət təkcə uzun məsafəyə görə yorğun olduğunu bildirib. 

“Proyssen”in baş məşqçisi Sven Hübşer hücumçunu sentyabrın 14-ü “Viktoriya Köln”lə matçda oynadacağını bildirib.

Oxşar xəbərlər

Millimizin üzvü məşqlərə başladı
AFFA Almaniya klubunun xahişini geri çevirdi
Dadaşov milliyə dəvət aldı
Azərbaycan yığmasının hücumçusu: "Biz hər gün iki məşq keçirdik"
"Milliyə belə tez dəvət alacağımı gözləmirdim" - Rüfət Dadaşov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər