reklam
Stadiona tank gətirdilər -
Sportfm.az xəbər saytı

Stadiona tank gətirdilər -FOTO


"Srvena Zvezda"nın fanatları qeyri-adi addımla gündəmə gəliblər. 

Sportfm.az xəbər verir ki, fanatlar sovet tankını stadionun qarşısında yerləşdiriblər. Onlar bunu ÇL-in pley-off mərhələsində "Yanq Boyz"la dünənə keçirilən oyundan bir gün əvvəl ediblər. 

Fanatlar istismar müddəti başa çatan tankı rəngləyiblər. Tankın üzərinə "Srvena Zvezda"nın rəngləri, emblemi vurulub, "Şimal ordusu" yazılıb.  "Şimal ordusu" Belqradın birləşmiş ultras qrupunun adıdır.  
Hadisə yerinə polis gəlib və tankın hər hansı təhlükə törətmədiyini müəyyənləşdirib. Xorvatiya mediası isə bu hadisəni təxribat kimi qiymətləndirib və UEFA-dan araşdırma aparmağı tələb edib.  
"Srvena Zvezda" - "Yanq Boyz" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. Səfər oyunu 2:2 başa çatdığı üçün Belqrad klubu ÇL-in qrup mərhələsinə adlayıb. 

Oxşar xəbərlər

"Ararat" - "Srvena Zvezda" oyunu keçiriləcək - UEFA qərar verdi
"Srvena Zvezda" Ermənistana gəlməyəcək - Neytral meydanda keçiriləcək
"Srvena Zvezda" Çempionlar Liqasının qrup mərhələsində - VİDEO
Çempionlar Liqasında vacib gecə: Kimlər qrupa düşəcək?
Fanatlar yenə iş başındadı - UEFA Serbiya klubunu cəzalandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər