Güləşçilərimiz dünya çempionatının dörddəbir finalında
Avqustun 17-də Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatının altıncı günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Sportfm.az xəbər verir ki, güləşçimiz Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsində Ermənistan təmsilçisi Samvel Qriqoryana 5:2 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşmada Macarıstan idmançısı Gergeli Bak üzərində 9:0 hesablı qələbə qazanan təmsilçimiz dörddəbir finala adlayıb.
Digər güləşçimiz Əsgər Əlizadə (60 kq) səkkizdəbir finalda Cənubi Koreya təmsilçisi Qunvoo Parkı mübarizədən kənarlaşdıraraq (9:0) növbəti mərhələyə keçib.
Adəm Hacızadə (67 kq) isə debütdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Fevzi Barahmanı 9:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.
Oxşar xəbərlər
Cüdoçumuzlarımız yarımfinalda - Avropa kuboku
Güləşçilərimiz Avropa çempionu oldu - FOTO
Güləşçilərimiz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
3 azərbaycanlı İspaniyada medal üçün döşəyə çıxacaq
Güləşçimiz Avropa Çempionatında finala çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Lixtenşteynə qarşı - Millətlər Liqası
-
"Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır" - Ayxan Abbasov
-
Millimiz 1-ci təsnifat mərhələsində iştirak edəcək - Avropa çempionatı
-
Türk futbolunun sabiq ulduzunun başı dərddə
-
Litva - Andorra - 3:0 - VİDEO
-
Azərbaycan millisi Şotlandiyaya məğlub oldu - Avropa Çempionatı














Misli Premyer Liqası