reklam
Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
Sportfm.az xəbər saytı

Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək


Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunları təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, yarışlar Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK), "Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirdə respublikanın müxtəlif regionlarını təmsil edən uşaq paralimpiyaçılar idmanın beş növü (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) üzrə güclərini sınayacaqlar. Yarışda sağlamlıq imkanları məhdud 60-dan çox uşaq mübarizə aparacaq.
AMPK beynəlxalq təcrübədə ilk dəfə olaraq, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb edilməsini himayəsinə götürərək, 2013-cü ilin sentyabrında Uşaq Paralimpiya Komitəsini yaradıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Oxşar xəbərlər

Paralimpiya İdman Oyunlarının qalibləri mükafatlandırılıb
Qəbələdə anlamlı ziyarət - FOTO
Milli Paralimpiya Komitəsinin prezidenti səfirlə görüşdü
Azərbaycan paralimpiya hərəkatında liderdir - FOTO
XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər