reklam
Paralimpiya İdman Oyunlarının qalibləri mükafatlandırılıb
Sportfm.az xəbər saytı

Paralimpiya İdman Oyunlarının qalibləri mükafatlandırılıb


Sumqayıtdakı Paralimpiya Kompleksində VII Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində ölkənin müxtəlif regionlarından 18 yaşadək olan 120 gənc paralimpiyaçı qalib adı uğrunda mübarizə aparıb.

Yarışın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökumət nümayəndələri, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Sportfm.az xəbər verir ki, çıxış edənlər ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə inkişafından danışıblar.

Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançılarımızın, həmçinin paralimpiyaçılarımızın tarixi qələbələr əldə etdiyi vurğulanıb. Uşaq paralimpiyaçılarımızın da bu idman nailiyyətlərini uğurla davam etdirmək əzminə malik olduğu qeyd olunub.

VII Uşaq Paralimpiya İdman Oyunlarının da ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb, yarış iştirakçılarına uğurlar arzu edilib.

Sonra yarışa start verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda 93 idmançı azarkeşlərin alqışları altında qaliblər kürsüsünə qalxıb. Onlara medallar təqdim olunub.

Oxşar xəbərlər

Abdullayev Paralimpiya Komitəsinə yeni prezident seçildi
Abdullayev Paralimpiya Komitəsinə yeni prezident seçildi
Milli Paralimpiya Komitəsinin prezidenti səfirlə görüşdü
Azərbaycan paralimpiya hərəkatında liderdir - FOTO
Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər