reklam
Azərbaycan paralimpiya hərəkatında liderdir -
Sportfm.az xəbər saytı

Azərbaycan paralimpiya hərəkatında liderdir -FOTO


Ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons noyabrın 13-də Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə görüşüb.

Sportfm.az xəbər verir ki, görüşdə İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının mövcud durumu və inkişafı barədə qonağa ətraflı məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatı sürətlə inkişaf edir.

İ.Rəhimov bildirib ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən idarə olunan UPK-nin məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya vasitəsilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Endrü Parsons Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında də lider ölkədir.

Görüşdə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar geniş müzakirələr aparılıb.

Oxşar xəbərlər

Yığmamızın bayraqdarı məlum oldu - Paralimpiya Oyunları
Milli Paralimpiya Komitəsinin prezidenti səfirlə görüşdü
Prezidentlər "əl sıxışdı", razılaşdılar - FOTO
Azərbaycan Abu-Dabidə Beynəlxalq Paralimpiya Komitəsinin konfransında
Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər