Yazıcı tarix yazdı -16,5 milyon avro
Fransanın "Lill" klubu Türkiyənin "Trabzonspor" klubunun hücumameyilli yarımmüdafiəçisi Yusuf Yazıçını transfer edib.
Sportfm.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Bu keçid üçün "bordo-mavililər"ə 16,5 milyon avro təzminat ödənilib. Bundan əlavə, Fransa klubu portuqaliyalı müdafiəçisi Edqar İeni transfer hüququ ilə Qara dəniz təmsilçisinə verib. Yazıçının növbəti satışından trabzonlulara 20 faiz pay düşəcək.
Futbolçu 25 rəsmi oyun keçirsə, daha bir milyon avro bonus şəklində ödəniləcək. Müqavilənin detallarına əsasən, Yusuf başqa Türkiyə klubuna satıla bilməz. Belə olan halda, "Trabzonspor"a 20 milyon avro təzminat ödənməli olacaq.
22 yaşlı futbolçu "Trabzonspor"un yetirməsidir.
Oxşar xəbərlər
“Qalatasaray”dan gedən oyunçu Türkiyədə tarix yazdı
Türkiyəli futbolçu “Ayaks”da - RƏSMİ
"Trabzonspor" heyətinə daha bir hücumçu qatdı - Transfer
"Qalatasaray"ın yeni transferi rəsmən açıqlandı
Yaponiya millisinin üzvü “Barselona”da - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası