Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyəli futbolçu “Ayaks”da -RƏSMİ
Türkiyə çempionu “Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisi mərakeşli yarımmüdafiəçi Montasser Lahtimini transfer edib.
Mərakeşin “FUS Rabat” klubundan transfer olunmuş 21 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Lahtimi yeni klubundakı ilk mövsümündə 300 min avro qazanacaq.
“Trabzonspor” öz müdafiəçisi Ahmetcan Kaplanı da “Ayaks”a satıb. 19 yaşlı mərkəz müdafiəçisinin transferi Trabzon klubuna 9.5 milyon avro qazandırıb. Niderland nəhəngi Ahmetcanın gələcəkdəki mümkün satışından əldə olunacaq gəlirin də 15 faizini Türkiyə təmsilçisinə ödəyəcək. O, Amsterdam klubu ilə 5 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
"Beşiktaş"da mərakeşli futbolçu - Transfer
"Trabzonspor" heyətinə daha bir hücumçu qatdı - Transfer
“Trabzonspor”da Braziliyalı futbolçu - 4 illik müqavilə
"Ayaks"dan "Lill"ə - Transfer
“Ayaks”da 600 min avroluq oyunuçu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası