"Trabzonspor" heyətinə daha bir hücumçu qatdı -Transfer
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Bayer” klubundan Emrehan Gediklini transfer edib.
Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanıb. Türkiyə təmsilçisi bu transferə görə Leverkuzen klubuna 800 min avro ödəniləcəyini açıqlayıb.
Emrehan Gedikli özü isə bu mövsüm üçün 2 milyon TL qazanacaq. Futbolçu 2022/23 mövsümündə 4.5, 2023/24 mövsümündə 5, 2024/25 mövsümündə 5.5, 2025/26 mövsümündə isə 6 milyon TL gəlir əldə edəcək.
“Trabzonspor” daha öncə Jan Evrar Kuassi, Edin Vişça, Timoteuş Puxaç, Yusuf Ərdoğan, Enis Destan, Batuhan Kör, Taha Altıkardeş və Kərəm Şəni də transfer etmişdi.
Oxşar xəbərlər
Türkiyəli futbolçu “Ayaks”da - RƏSMİ
“Trabzonspor”da yeni hücumçu - 4,5 illik müqavilə
“Trabzonspor” milli üzvü ilə razılaşdı - Müqavilə
“Trabzonspor”da Braziliyalı futbolçu - 4 illik müqavilə
"Trabzonspor"da braziliyalı futbolçu - Transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası