reklam
Yaponiya millisinin üzvü “Barselona”da -
Sportfm.az xəbər saytı

Yaponiya millisinin üzvü “Barselona”da -FOTO


İspaniya çempionu "Barselona" növbəti transferini rəsmiləşdirib.

Sportfm.az xəbər verir ki, Yaponiyanın "Kasima Antlers" klubunun futbolçusu Hiroki Abe bundan sonra Kataloniya təmsilçisinin uğurları üçün çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 

Bu transfer üçün Kataloniya təmsilçisi Yaponiya klubuna 1.1 milyon avro təzminat ödəyib. Onun növbəti mövsüm əvəzedici komandada oynayacağı və təzminat qiymətinin 40 milyon avro olduğu açıqlanıb. Amma yaponiyalı futbolçu əsas komandaya yüksələcəyi təqdirdə, onun təzminat qiyməti avtomatik 100 milyon avro olacaq.

Yaponiya millisinin üzvü olan Abe, ötən mövsüm 25 oyunda 2 qol vurub, 2 qol ötürməsi verib.

Oxşar xəbərlər

600 milyon avro - Messi üçün təzminat
Neymar Barcelona-ya uduzdu
Fransa millisinin üzvü "Qalatasaray"a keçdi - FOTO
Yazıcı tarix yazdı - 16,5 milyon avro
Premyer Liqa klubu "Barselona"nın futbolçusunu transfer etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər